EN

Dağıstanda leysan yağışları səbəbindən mindən çox ev su altında qalmaqdadır

Dağıstanın 8 yaşayış məntəqəsində mindən çox ev su altında qalmaqdadır.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə Rusiya Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Dağıstanda güclü leysan yağışları nəticəsində hazırda 8 yaşayış məntəqəsində 1 091 yaşayış evi, 1 146 həyətyanı sahə və 70 yol hissəsi su altında qalmaqdadır", - məlumatda bildirilib.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hidroloji şəraitin davamlı monitorinqi aparılır, suyun çəkilməsi üzrə işlər təşkil olunub.

Chosen
25
far.az

1Sources