EN

Qazaxıstan Azərbaycan və Özbəkistanla "yaşıl enerji" haqqında sazişi ratifikasiya edib

Qazaxıstan parlamentinin Senatı aprelin 9-u keçirilən plenar iclasda "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında "yaşıl enerji"nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiya edilməsi barədə" qanunu təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qazaxıstan, Azərbaycan və Özbəkistan təmiz hidrogenin istehsalı və ticarəti üzrə birgə layihələr həyata keçirə biləcək, həmçinin "yaşıl enerji"nin Avropaya və digər regionlara ixracı üçün infrastrukturu inkişaf etdirəcəklər.

Sənəd imzalanmaq üçün Qazaxıstan prezidentinə göndərilib.

Müzakirələr zamanı parlament Senatının sədri Maulen Aşimbayev bildirib ki, onun səmərəliliyini artırmaq üçün ölkələr tərəfindən xüsusi Rəhbər komitənin və işçi qrupunun yaradılması nəzərdə tutulub.

"Ümid edirik ki, sənəd Qazaxıstanda bərpa olunan energetikanın inkişafına və bu istiqamətdə regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək... Tərəflər müntəzəm məlumat mübadiləsini təmin etməyi və texniki nasazlıqlar barədə məlumat verməyi öhdələrinə götürürlər. Saziş atom enerjisindən istifadə obyektlərinin monitorinqinə şamil olunmur", - o qeyd edib.

Chosen
37
far.az

1Sources