EN

Yusuf Güney SAXLANILDI

Yazını böyüt
Yazını kiçilt

Yusuf Güney verdiyi ifadələrə görə saxlanılıb.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, türkiyəli müğənni Yusuf Güney rəqəmsal nəşrdə qadağan olunmuş "Ayahuska Çayı" maddəsinin istifadəsini təbliğ etməkdə ittiham olunaraq saxlanılıb.

İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Bölməsi qrupları araşdırma zamanı sözügedən nəşrdə istifadə edilən ifadələri müəyyən ediblər.

Qiymətləndirmə nəticəsində "Ayahuska çayı"nda tapılan DMT-nin qadağan olunmuş maddələr arasında olduğu aşkar edilib.

Araşdırmalara başlanılıb və Güney bu gün nəzarətə alınıb.

Chosen
6
1
hafta.az

2Sources