EN

Tovuzda ailə üç uşağından imtina etdi - YENİLƏNİB

Atılan uşaqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib.
 
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Teleqraf-ın Qərb bürosuna bildirib ki, ata alkaqol alüdəçisidir, ananın isə psixoloji problemləri var.
 
"Tovuz Rayon İcra Hakimiyyətinə uşaqların baxımsız qalması barədə qonşu məlumat verib. İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, uşaqların baxımsız olduğu təsdiqlənib. Uşaqlar müayinə üçün ilkin olaraq xəstəxanaya yerləşdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətkər Agentliyi də məlumatlandırılıb. Məsələ ilə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək" - açıqlamada qeyd olunur.
 
15:01
 
Tovuz rayonunda valideynləri tərəfindən atılan üç azyaşlı uşağın kimliyi məlum olub.
 
Moderator.az xəbər verir ki, həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).
 
Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.
 
Uşaqların dövlət himayəsinə veriləcəyi gözlənilir.
 

***

Tovuz rayonunda valideynlər üç övladından imtina edib.

Moderator.az xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.

Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.
 

Chosen
18
18
moderator.az

10Sources