EN

İsrail ordusu Qəzzada “İslam Cihadı” döyüşçüsünü MƏHV ETDİ

Qəzza zolağında 7 oktyabr 2023-cü il hücumunun iştirakçısı olan “İslam Cihadı” döyüşçüsü məhv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) bu həftə keçirilən əməliyyat nəticəsində “İslam Cihadı” təşkilatının üzvü Abd əl-Rəhman Amar Həssan Xudarini zərərsizləşdirib.

Məlumata görə, Xudari Qəzza zolağının şimalında İsrail qüvvələrinə qarşı terror planlarını icra etməyə çalışırdı. O, İsrail hərbçiləri üçün birbaşa təhlükə yaratdığı üçün məhv edilib.

Bundan başqa, Xudarinin 7 oktyabr 2023-cü il tarixində Nir Oz kibutuna edilən hücumda birbaşa iştirak etdiyi müəyyən olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
7
interpress.az

1Sources