EN

İsrail “Hizbullah”a hücumlarını davam etdirəcək Netanyahu

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“İsrail Livanda “Hizbullah”a qarşı şimal sərhəd bölgələrində ölkənin təhlükəsizliyini təmin edənə qədər zərbələr endirmək niyyətindədir”.

525.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

O, həmçinin deyib ki, İsrail ordusu Livanın cənubundakı “Hizbullah” infrastrukturuna hücum etməyə davam edir, körpülərə və hərbi qurğulara bu yaxınlarda yeni zərbələr endirilib.

"Biz “Hizbullaha” güclü, dəqiq və qətiyyətlə hücum etməyə davam edirik. Mesajımız aydındır: İsrailin mülki şəxslərinə qarşı hərəkət edən hər kəs zərbə alacaq. Şimal sakinləri üçün tam təhlükəsizliyi bərpa edənə qədər “Hizbullah”a lazım olan hər yerdə hücumlara davam edəcəyik", - Netanyahu bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
4
525.az

5Sources