Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunda keçirilən 2 oyundakı qayda pozuntularına hüquqi qiymət verib.
Fanat.Az-ın məlumatına görə, "Zirə" – "Şamaxı" matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 2000 manat cərimələnib.
Qarşılaşmanın 53-cü dəqiqəsində "Şamaxı"nın futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya edilib, klubunu 1000 manat ziyana salıb.
"Araz-Naxçıvan"ın 4 futbolçusu "Sabah"la matçda sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza ilə üzləşib. “Araz-Naxçıvan” isə 2500 manat cərimə edilib.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.