Qahirə, 9 aprel, AZƏRTAC
Fevralın 28-də başlanan müharibə nəticəsində İranda üç mindən çox insan həyatını itirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu İranın Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin direktoru yerli rəsmi mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, həlak olanların təxminən 40 faizinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizanın müdaxiləsinə ehtiyac var. Tanınma prosesindən sonra meyitlər aidiyyəti üzrə təhvil veriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə