EN

Şamil Ayrım: TDT nin Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması mühüm irəliləyişdir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan, Türkiyə və Şimali Kipr arasında üçüncü görüşümüz keçirilir. Bu görüşlər davam edəcək. Amma artıq bu toplantılarda konkret məsələləri müəyyənləşdirib onların üzərində işləməliyik. Məsələn, təhsil sahəsində nə etməliyik? Enerji və təhlükəsizlik məsələsi də son dərəcə vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündəki çıxışı zamanı deyib.

O qeyd edib ki, mədəniyyət sahəsində mədəniyyətimizi və incəsənətimizi daha yaxşı inkişaf etdirəcəyimiz, gənclərimiz üçün yeni imkanlar yaradacağımız sahələr formalaşdırmalıyıq. Bu baxımdan bu toplantılar çox dəyərlidir.

Şamil Ayrım bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatının güclənməsi, Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda daha aktiv şəkildə təmsil olunması mühüm irəliləyişdir.

Müəllif - Tərgül Babayeva

Fotoqraf - Aydın Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
azertag.az

3Sources