EN

Kreml təbliğatçısı Avropaya qaçdı “FSB məni təqib edir”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya dövlət kanallarında siyasi tok-şouların daimi qonağı və Z-təbliğatçısı olan Viktor Oleviç, ölkəni tərk etdiyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkə səhifəsində Rusiya FSB-sindən şikayətlənən təbliğatçı yazıb: "Federal Təhlükəsizlik Xidmətinin təzyiqi altında Rusiya ərazisini tərk etdim. Onlar iki dəfə - dekabrda və fevralın əvvəlində - evimə birbaşa təhdidlərlə gəldilər. Səbəblər mənim onlarla əməkdaşlıqdan və Rusiya vətəndaşlığını almaqdan imtina etməyim idi".

Oleviç hazırda Yunanıstanda olduğunu və ABŞ Dövlət Departamentindən Amerika vətəndaşı kimi ona "yardım göstərməsini” istədiyini bildirib. O, həmçinin onu təqib edən FSB zabitlərinin telefon nömrələrini təqdim edib.

Viktor Oleviç Filadelfiyadakı Templ Universitetini bitirən və 2010-cu ildə Rusiyaya köçən Odessadan olan Amerika vətəndaşıdır. O, müntəzəm olaraq Rusiya təbliğat tok-şoularına dəvət olunmaqla yanaşı, həm də "İzvestiya" və "Komsomolskaya Pravda" kimi hökumətyönlü media orqanlarında “aparıcı ekspert" kimi çıxış edib. Çıxışlarında o, Ukraynaya qarşı müharibəni dəstəkləyib, Qərbdəki "rusofobiya"dan danışıb və ABŞ-ni "Rusiyanı parçalamaq" cəhdində günahlandırıb. İndi isə özü ABŞ-dən və Avropadan imdad diləyir…

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources