EN

“Azərbaycanın təhlükəsizliyi terror və təhdidlərə qarşı gücləndirilmişdir” DEPUTAT

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Təhlükəsizlik məsələsi deyəndə, hər bir dövlət üçün bir sıra təhdidlər mövcuddur. Bu təhdidlər istər terror aktları ilə bağlı olsun, istər iqtisadi, istərsə də siyasi təhdidlər olsun, bu proseslər daimi olaraq davam edir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Ən yüksək səviyyədə əməliyyat şəraitlərinə nəzarət olaraq milli təhlükəsizlik sistemi, burada Dövlət Təhlükəsizliyi Xidməti, eyni zamanda hüquq mühafizə orqanları və digər strukturlar bu proseslərdə mütləq şəkildə əlindən gələni edir və bu təhlükələrin qarşısını almaq istiqamətində addımlar atır.

Koordinasiyalı şəkildə digər dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqə saxlanaraq bu proseslər davam edir. Son keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının Azərbaycanda bir sıra digər dövlətlərin dini konfesiyalarına qarşı müəyyən terror planları hazırladığı müəyyən edildi və bunların qarşısı alındı; artıq həbs olunanlar var.

Bu istiqamətdə daimi iş və proseslər gedir. Bugünkü region hadisələri, Azərbaycandan uzaq olmayan ərazilərdə baş verən müharibələr daha ciddi tədbirlər görülməsini tələb edir. Bildiyiniz kimi, hadisələrlə bağlı Azərbaycan ordusu bir nömrəli səfərbərlikdədir”.

Deputat qeyd edib ki, bu əmrə uyğun olaraq bütün qoşun hissələri, ordu və digər hərbi birləşmələr ən yüksək səviyyədə hazırlıqlı vəziyyətdədir:

“Azərbaycan xalqı bilməlidir ki, onun təhlükəsizliyini qoruyan xüsusi xidmət orqanları, ordu və hüquq mühafizə orqanları fəaliyyət göstərir.

Təbii ki, baş verən hadisələr çox təəssüf doğurur və körfəzin ətrafında olan müsəlman dövlətləri — İranın əlindən Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İraq  zərər görür.

Çox təəssüf doğuran məsələ budur ki, sanki xristian-müsəlman qarşıdurması davam edir və İran bundan vasitə kimi istifadə edir. Məlum məsələdir ki, İranın atdığı hər hansı raket və döyüş sursatı İsrailə çatana qədər bir sıra dövlətlərin ərazisindən keçərək tutulur.

Hizbullah və Həməs isə İranın yaratdığı və silahlandırdığı qüvvələrdir. Onlar İsrailə qarşı mübarizə aparmağa çalışırlar, bunun əvəzində İsrail Livanı və tanınmamış Fələstini vurur. Bu, ciddi məsələdir.

Bütün proseslərdə bildiyimiz kimi, NATO-nun müsəlman üzvü Türkiyədir. Türkiyə ən ciddi döyüşkən ordulardan biridir və bu oyunlara cəlb olunmağa çalışılır. Lakin son vaxtlar Türkiyə ərazisinə atılan raketlər, göydə vurulan pilotsuz uçan aparatlarla yanaşı Naxçıvana atılan raketlər prosesdə digər dövlətlərin iştirakını təmin etməyib. Bu da diqqətə layiq və düşünülməli bir prosesdir.

Buna baxmayaraq, artıq İsrailin İstanbul konsulluğuna belə bir hücum olub, lakin Avropa dövlətləri bu işlərə qarışmır. Dolayı olaraq görürük ki, İrandan istifadə edilərək ABŞ və müttəfiqləri xristian-müsəlman qarşıdurmasını yaratmağa çalışır. Məlum məsələdir ki, bu oyunda əsas seçilən İranın rejimidir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
icma.az

1Sources