Məşhur bloger Xasbik (Xasbulla Maqomedov) baş vermiş daşqınlardan sonra doğma Dağıstana kömək məqsədilə 4 milyon rubl ianə edib. O, bu vəsaiti əldə etmək üçün icarəyə verdiyi işlənmiş "Toyota Camry" avtomobillərindən birini satıb.
Ölkə.Az-ın "Mash"a istinadən məlumatına görə, Xasbik artıq xeyriyyə fondlarına 4 milyon rubl yönəldib. Bu vəsaitlər su və qida tədarükünə, xilasetmə avadanlıqlarının alınmasına və evsiz qalan şəxslərə yardım göstərilməsinə sərf olunur. Bundan əlavə, Xasbulla UFC rəhbəri Deyna Uayta zəng edərək, turnirlərdən birini respublikadakı zərərçəkənlər üçün vəsait toplamağa həsr etməyi xahiş edib.
Qeyd edək ki, daşqınlar nəticəsində ümumilikdə 6 nəfər həlak olub, respublikanın 6 mindən çox sakini isə zərər çəkib. Hazırda 55 müvəqqəti yerləşdirmə məntəqəsi fəaliyyət göstərir və orada 700-ə yaxın insan yerləşdirilib.