EN

Tramp Avropa İttifaqından Hörmüzlə bağlı konkret plan tələb edir

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Avropa Birliyindəki müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün təkliflərini bir neçə gün ərzində təqdim etmələrini tələb edir.

Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi NATO-nun yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ Avropa müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün konkret öhdəliklər istəyir.

O, Vaşinqtonun Aİ-dən bir neçə gün ərzində Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün konkret planlar təqdim etməsini gözlədiyini aydınlaşdırıb.

ABŞ rəsmiləri bu tələbləri Ağ Evdə, Pentaqonda və Dövlət Departamentində NATO nümayəndələri ilə görüş zamanı səsləndiriblər.

Qeyd edək ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs barədə razılığa gəldiyini elan edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
azpost.info

2Sources