ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-da demokratlar İrana qarşı hərbi əməliyyatların dayandırılması üçün yeni təşəbbüsə hazırlaşır.
Chuk Skumer bildirib ki, ABŞ Konqresində demokrat qanunvericilər gələn həftə İrana qarşı müharibənin dayandırılmasına yönəlmiş qətnaməni yenidən səsverməyə çıxarmağa çalışacaqlar.
KONKRET.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında danışıb.
Skumer əlavə edib ki, demokratlar eyni zamanda prezident Donald Trampın gələcək hərbi addımlar üçün Konqresdən rəsmi icazə alınmasını məcburi edən mexanizmlər üzərində də işləyirlər.
Senator çıxışında ABŞ-ın İranla hərbi qarşıdurmasını tənqid edib. Onun sözlərinə görə, bu siyasət nə İranın təsir imkanlarını zəiflədib, nə də ölkənin nüvə proqramını məhdudlaşdırıb.
Skumer əksinə, qeyd edib ki, münaqişə qlobal enerji bazarlarında qiymətlərin artmasına səbəb olub. O, Trampın açıqlamalarını isə “qeyri-adekvat” adlandırıb.
Xatırladaq ki, aprelin 8-nə keçən gecə prezident Donald Tramp ABŞ ilə İran arasında iki həftəlik atəşkəsə razılaşdığını açıqlayıb. Onun sözlərinə görə, bu razılaşma Hörmüz boğazının tam açıq saxlanılması şərti ilə əldə olunub. Tramp həmçinin Tehrandan 10 maddəlik təklif aldığını və bunun mümkün danışıqlar üçün əsas ola biləcəyini bildirib.
Bununla yanaşı, ABŞ mediasının məlumatına görə, demokrat konqresmenlər Trampın İrana qarşı hərbi əməliyyatlara başlaması ilə bağlı impiçment məsələsini də müzakirə edirlər.
Bildirilir ki, artıq 20-dən çox qanunverici prezidentin istefasını tələb edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.