Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qarderobum hamıya qurbandır. Hansı müğənni paltarımı istəsə, deyərəm götür. Mənim 30 il əvvəl geyindiyim və özümün hazırladığım paltarları bu gün Cennifer Lopes geyinir. Bunu sübut edərəm. Şərflər hazırlamışam. Onu hələ xaricdə indi hazırlayırlar. Modelyer olsaydım, dünyaşöhrətli olardım".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Qonaqcanlı" verilişində deyib. Müğənni geyimlərindən danışıb. O bildirib ki, 30 il əvvəl hazırladığı geyimlərin eynisini bu gün dünya ulduzu Cennifer Lopes geyinir.
O bildirib ki, illər əvvəl planlaşdırdığı layihəsini mərhum ulduz Maykl Cekson edib:
"Konsert etmək asan deyil. Mənim arzularım, fikirlərim başqadır. Məndə fikir saxlamaq yoxdur, çıxıb deyirəm. Mahnılarımı səhnələşdirilmiş formada təqdim etmək istəyirəm. Bir dəfə dedim ki, konsert etsəm, mələk qanadında yerə enəcəyəm. Gördüm ki, Maykl Cekson onu etdi".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.