ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliçlə oyunçular arasında ciddi problemlər yaranıb.
Bakıvaxtı.az Futbolinfo.az-a istinadən xəbər verir ki, serb mütəxəssis yarımmüdafiəçi Səbuhi Abdullazadədən narazıdır və mətbuat konfransında bunu açıq şəkildə dilə gətirib.
Amma kapitan onunla problem yaşayan yeganə futbolçu deyil. Digərləri də İliçlə müxtəlif insidentlər yaşayıb.
Ən böyük problem Danilo Beskorovaynıyla bağlıdır. Ukraynalı müdafiəçi ilə münasibətlər hətta dava-dalaş həddinə çatıb. “Sabah”la oyundan sonrakı məşqlərdən birində legioner oyunçu çalışdırıcı ilə əlbəyaxa olub. Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib. Bunun nəticəsidir ki, Beskorovaynıy son turun “Neftçi” ilə oyununda meydana buraxılmayıb. O, sonadək oyunu ehtyatda izləyib.
Yayda İliç komandada qalsa, ukraynalı ilə yollar ayrılacaq. Amma böyük ehtimal məhz serb məşqçinin yola salınacağıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.