EN

İsraildə ölən və yaralananların sayı açıqlandı

İran və Livandan 40 gün davam edən müharibə ərzində buraxılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub.

Ölkə.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Bildirilir ki, ümumi ölənlərin sayı 42 nəfər təşkil edib.

Birbaşa İran zərbələri nəticəsində 22 nəfər həyatını itirib. Döyüşlər zamanı 12 hərbçi həlak olub, 1 mülki şəxs öz ordusunun atəşi nəticəsində ölüb. Daha 7 nəfər isə müharibə ilə əlaqəli bədbəxt hadisələr və ya tibbi problemlər səbəbilə dünyasını dəyişib.

“The Times of Israel”in məlumatına görə, Səhiyyə Nazirliyi bildirir ki, müharibə başlayandan bəri 7451 nəfər xəstəxanalara yerləşdirilib.

Yaralananlar arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Həmidə İbrahimova

Chosen
27
olke.az

1Sources