EN

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğrayan Türkiyənin "C-130" hərbi yük təyyarəsi ilə bağlı aparılan texniki araşdırmalara dair hesabatda yeni detallar açıqlanıb.

Bu barədə Bizim.Media-ya "TRT Haber"ə istinadən xəbər verir.

Hesabata əsasən, təyyarənin qalıqlarından götürülən nümunələrin təhlillərində nə daxili, nə də xarici hissədə partlayıcı maddə qalığı aşkarlanmayıb.

"Qəza anına qədər rəqəmsal məlumat qeydləri göstərir ki, uçuş heyətinin söhbətlərində və təyyarənin sistemlərində hər şey normal qaydada olub, hər hansı nasazlıq aşkar edilməyib. Hadisənin qəfil baş verdiyi, quyruq konusunun gövdədən ayrılması səbəbindən Uçuş Məlumatları Qeydedicisinin (FDR) elektrik və məlumat kabelləri qopub, buna görə də qeyd cihazında qəzaya işıq sala biləcək əlavə məlumatlar tapılmayıb", - deyə açıqlamada bildirilib.

Bizim.Media

Chosen
24
2
bizim.media

4Sources