İranda internetin kəsilməsi 41-ci gününə qədəm qoyub və fasilələr 960 saatı keçib.
Redaktor.az xəbər verir ki, bu barədə İnternet monitorinq qrupu "NetBlocks" məlumat yayıb.
Məlumatda bildirilir: "Əlaqəli cəmiyyət üçün miqyası və müddəti baxımından misli görünməmiş bu tədbir iranlıların ünsiyyət qurmaq və məlumatlı qalmaq hüquqlarını pozmağa davam edir".
Aminə ŞAHSUVARQIZI