EN

Tehrandan Livanla bağlı inanılmaz mesaj: Bir az da gözləyin

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İranın Livanla bağlı paylaşımı diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, yerli media bu haqda bir animasiya yayımlayıb.

“Livanın qanı bizim qanımızdır. Onun uşaqları bizim uşaqlarımızdır. Biz heç vaxt Livanı tərk etməyəcəyik. Sadəcə bir az da gözləyin”, – deyə görüntülərdə qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 8 aprel saat 01:30-da İranla atəşkəs razılaşmasının olduğunu açıqladı.

Tramp Hörmüz boğazının açılması şərti ilə iki həftəlik atəşkəsə razı olduqlarını, İrandan 10 maddəlik təklif aldıqlarını və bunun danışıqlar üçün etibarlı bir əsas olduğunu bildirdi.

Prezidentin açıqlamalarından sonra ABŞ vitse-prezidenti Ceyms Di Vens İsrailin Livana hücumlarının İranla müvəqqəti atəşkəsin bir hissəsi olmadığını bildirərək, “Biz heç vaxt belə bir vəd verməmişik” dedi.  ABŞ-ın Livanı atəşkəsdən kənarlaşdırması isə İranın sərt reaksiyasına səbəb oldu.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
globalinfo.az

1Sources