EN

Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edib.

Aznews.az xəbər verir ki, dövlətimizin başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edildi.

Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını deyən Litvanın Baş naziri keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd etdi.

Chosen
18
48
aznews.az

10Sources