EN

Əks yola çıxan sürücü qadın və azyaşlı övladlarını az qala vuracaqdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 9-da saat 07:33 radələrində baş verib. Görüntülərdən aydın olur ki, 90-CC-849 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü qarşısında dayanaraq piyada keçidindən istifadə edən qadın və azyaşlı övladlarına yol verən nəqliyyat vasitəsini gözləməyib, əks istiqamətli zolağa çıxaraq hərəkətini davam etdirib. Daha sonra isə o, keçiddə olan piyadalara üstünlük vermədən yüksək sürətlə irəliləyib.

Nəticədə piyadalar ciddi təhlükə ilə üz-üzə qalıb. Xoşbəxtlikdən qadının ehtiyatlı davranışı qəzanın qarşısını alıb.

Qeyd edək ki, belə hallarda sürücü yalnız sürəti azaltmaqla kifayətlənməməli, qarşı zolaqda digər nəqliyyat vasitəsi dayanıbsa, bu, keçiddə piyada olması ehtimalını göstərdiyindən tam dayanmalıdır. Əks istiqamətə çıxaraq manevr etməklə piyadaların görünüş zonasını “korlamaq” isə ən təhlükəli pozuntulardan biri hesab olunur və bu, artıq sadəcə diqqətsizlik deyil, real təhlükə yaratmaq kimi qiymətləndirilir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
avtosfer.az

1Sources