EN

Sidqi Ruhulla 140 yaşında yad edilir

Yazını böyüt
Yazını kiçilt

Bu gün görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın doğum günüdür. Anadan olmasının 140-cı ildönümü tamam olan Sidqi Ruhulla Azərbaycan teatrının inkişafına öz töhfəsini verən müqtədir sənətkarlardandır.

Hafta.az xatırladır ki, o, 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda görür. Bu andan Sidqinin gələcək taleyi həll olunur. Həmin ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir.

50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı, rus klassiklərinin, Qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.

1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-in Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.

Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında vəfat edib.

Chosen
5
1
hafta.az

2Sources