
“Bütün saxta ritorikalara baxmayaraq, bu məsələlər çoxdan razılaşdırılıb”.
Missiya.Az xəbər verir ki, bu sözü ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, İranın nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz qalacaq.
“Bu arada bizim möhtəşəm ordumuz güc toplayır və dincəlir. Əslində isə növbəti qələbəsini səbirsizliklə gözləyir. Amerika qayıtdı!", - deyə Tramp vurğulayıb.
Daşqın HəsənovMissiya.Az