EN

"Atəşkəs planı pozuldu" - Qalibaf AÇIQLADI

ABŞ ilə gələcək sülh sazişi ilə bağlı danışıqlar üçün əsas götürülən İran planının 10 bəndindən 3-ü pozulub.

Sitat.info xəbər verir ki, bunu dünən İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bildirib. 

O əsas pozuntu kimi ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini göstərib.

İkinci pozuntu halı Fars əyalətinin Lar şəhərində məhv edilmiş pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.

Qalibaf vurğulayıb ki, İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.

"Danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq-aşkar şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil", - deyə, Qalibaf vurğulayıb.

Nigar,

Sitat.info 

Chosen
9
2
sitat.info

10Sources