EN

Beyləqanda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirildi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün “Şəhərsalma və Memarlıq İli”nə aid tədbirlər planına uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli: Tarixilik və Müasirlik”mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, idarə, müəsəssisə və təşkilat, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Ə. Əzizov “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində formalaşmış zəngin ənənələrdən, həyata keçirilmiş irimiqyaslı layihələrdən danışıb. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir memarlıq nümunələrinin yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi xüsusi vurğulanıb. RİH başçısının çıxışında Beyləqan rayonunun da qədim memarlıq ənənələrinə malik olduğu, bu irsin qorunaraq müasir yanaşmalarla inkişaf etdirildiyi qeyd olunub.

Ardınca çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov müasir dövrdə şəhərsalma anlayışının mahiyyəti, qloballaşma şəraitində şəhərlərin inkişaf istiqamətləri və dayanıqlı şəhərsalma prinsipləri barədə məlumat verib.

Tədbirdə həmçinin Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov da çıxış edərək “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərdən, işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpasından, milli memarlıq irsinin qorunmasının vacibliyindən danışıblar.

Sonda bir daha tədbir iştirakçıları tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
qafqazinfo.az

1Sources