Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,39 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 19,69 ABŞ dolları və ya 14,63 % azalaraq 114,89 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 140.68 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Bizim.Media