EN

Sarı Aşıq əslində, haralıdır? - Bir bayatının izi ilə

Sədaqi tər, oxu tər,

Sədaq saxlar oxu tər.

Atma, müjgan oxunu,

Qəm tünlükdür, ox itər.

Bu tapmacanın cavabını anam belə dedi – Göy qurşağı, şimşək, göy gurultusu, yağış və torpaq (“Laçın folkloru” Bakı, Adiloğlu nəşriyyatı, 2009, səh.187). Göründüyü kimi hər iki tapmaca cüzi fərqlə bir-birinin təkrarıdı. Demək, Aşıq eldə olan tapmacanı bağlama-bayatı şəklinə salıb. Daha dastandakı bəsit cavab Aşığın ustalığıyla düz gəlməzdi. “Cavabıyla” bölməsində verilən 2 tapmacanın (14; 15;) cavabı Sədnik Paşa Pirsultanlının “Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi” (“Azərnəşr” Bakı – 2011) kitabından götürülüb. 9 tapmaca-bayatının (6; 7; 8; 9; 10; 11; 12; 13;16;) cavabları sonradan tərəfimizdən tapılıb. Yerdə qalan 5 tapmacanın açması üçün axtarışlarımıza (hətta Təbriz aşıqlarına da müraciət etdik) baxmayaraq hələlik onları cavabsız tapmaca kimi qeyd etmişik. Ümid edirik ki, gələcəkdə bu tapmacaların açması həm ədəbiyyat, həm də İslamı dərindən bilən ilahiyyat alimlərimiz tərəfindən tapılacaqdır. İkinci nəşrdə Sarı Aşığın özü tərəfindən bayatı şəklində yazılan baglama və cavablar 5 olub. Üçüncü nəşrdə Sədnik Paşa Pirsultanlının yuxarıda adı çəkilən kitabından 7 bağlama-bayatı əlavə edilməklə say 12-yə yüksəlmişdir.

9. “Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi”, Bakı, “Azərnəşr”, 2011, tərtribçi Sədnik Paşa Pirsultanlı.

Mən Aşıq, bağça Pəri,

Bağbandı bağça pəri,

Qaşın bağ, gözün bağban,

Kipriyin bağ çəpəri.

Chosen
23
kulis.az

1Sources