EN

Bəzi yerlərə yağış yağacaq: 18° isti olacaq

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bugün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava müşahidə ediləcək. Gün ərzində əsasən yağmursuz keçsə də, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Demokrat.az xəbər verir ki, mülayim şimal-şərq küləyi gündüz saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək. Paytaxtda havanın temperaturu gecə 8-10°, gündüz isə 14-17° isti təşkil edəcək.Bölgələrdə isə hava şəraiti daha qeyri-sabit keçəcək. Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Prosesin ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Hətta bəzi yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı da mövcuddur. Axşam saatlarına doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir.Rayonlarda temperatur gündüz saatlarında 18°-yə qədər yüksələcək, dağlarda isə 8-13° isti olacaq. Dumanlı hava şəraiti ilə yanaşı bəzi yerlərdə qərb küləyinin güclənəcəyi gözlənilir.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
demokrat.az

1Sources