EN

FTB-dən şok həbs: gizli məlumatlar ötürən sabiq xüsusi əməliyyatçı tutuldu

Musavat.com xəbər verir ki, ABŞ-də Federal Təhqiqat Bürosunun direktoru Keş Patel sensasion açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, Federal Təhqiqat Bürosu və tərəfdaş qurumlar ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşını həbs ediblər. Həmin şəxs yüksək səviyyəli hərbi əməliyyatlarla bağlı məxfi məlumatları media nümayəndəsinə ötürməkdə ittiham olunur.

Patel bildirib ki, saxlanılan şəxs vaxtilə ABŞ ordusunun elit bölmələrinə dəstək verib və ötürdüyü məlumatlar milli təhlükəsizlik üçün ciddi risk yarada bilərdi.

Açıqlamada qeyd olunub ki, əməliyyat Federal Təhqiqat Bürosunun əks-kəşfiyyat və casusluqla mübarizə bölməsi, eləcə də ABŞ Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilib.

FTB rəhbəri bu hadisəni potensial sızdırıcılara açıq mesaj kimi dəyərləndirib və vurğulayıb ki, belə hallar cəzasız qalmayacaq.

Musavat.com

Chosen
21
musavat.com

1Sources