EN

"Yuventus" uruqvaylı müdafiəçini transfer etmək istəyir

Bakı. Trend:

"Sportinq"in müdafiəçisi Maksi Arauxo karyerasını İtaliya ASeriyasında davam etdirə bilər.

Trend xəbər verir ki,"Yuventus" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə"Tuttojuve" nəşri məlumat yayıb.

İtaliya klubu Arauxonu yayda satılacağı gözlənilən AndreaKambiaasonun davamçısı kimi düşünür. "Yuventus"un skautları 26yaşlı sol cinah müdafiəçisini ötən gün UEFA Çempionlar Liqası 1/4final mərhələsinin "Arsenal"la oyununda (0:1) izləyiblər.

Qeyd edək ki, "Sportinq" Maksi Arauxonu 2024-cü ilin yayındaMeksikanın "Toluka" klubundan 13 milyon avroya transfer edib.Uruqvay millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətindəmeydana çıxdığı 37 rəsmi matçda 6 qol və 4 məhssuldar ötürmə iləyadda qalıb.

Chosen
9
2
az.trend.az

3Sources