EN

Kadırovdan SƏRT REAKSİYA: İrana qoşun göndərilməyəcək

Ramzan Kadırov Apti Alaudinovun “İranı müdafiə etmək” təklifinə sərt cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen qoşunlarının İranı müdafiə etmək üçün bölgəyə göndərilə biləcəyi barədə bəyanat verən çeçen general Apti Alaudinova sərt reaksiya bildirib.

Daha əvvəl Alaudinov “İrana gedib “dəccal qoşunlarının” hücumlarını dəf etməyə hazır olduğunu” bəyan etmişdi.

Kadırov cavab olaraq bildirib ki, ABŞ və İsrailin Yaxın Şərqdəki ən yaxın müttəfiqləri (Epşteynin koalisiyası, yəni “Dəccal ordusu”) ilə “qardaşlıq münasibətlərindədir”.

Bu səbəbdən də çeçen qoşunlarının İranı müdafiə etmək üçün heç bir yerə getməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Kadırov daha əvvəl İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələri pisləmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
interpress.az

1Sources