EN

Dəfnə yarpağının qeyri adi gücü... Bəzi qədim mədəniyyətlərdə “yuxu qoruyucusu” hesab olunurdu Video

ain.az bildirir, Bizimyol portalına istinadən.

Dəfnə yarpağı uzun illərdir mətbəximizdə ət və şorbaların dadını artıran sadə bir ədviyyat kimi tanınır. Lakin bu yarpağın sirli tərəfləri də az deyil.

Qədim yunanlar və romalılar onu yalnız qaliblərin tacı üçün deyil, həm də zehni aydınlaşdırmaq üçün istifadə edirdilər. Müasir araşdırmalar göstərir ki, yarpağın tərkibindəki fitokimyəvi maddələr qısa müddətli yaddaşı və diqqəti gücləndirə bilir.

Quru dəfnə yarpaqları havadakı mikrobları zəiflədərək təbii dezinfeksiya effekti yaradır. Aromaterapiyada isə dəfnə yağı yuxunu sakitləşdirir və keyfiyyətini yaxşılaşdırır.

Dəfnə yarpağının kökləri və yarpaq təbəqələri bəzi qədim mədəniyyətlərdə “yuxu qoruyucusu” hesab olunurdu. Quru yarpaqları yastığın altına qoymaqla yuxuda pis xəyallardan qorunmaq mümkündür deyirdilər. Yəni dəfnə yarpağı sadəcə ətə və şorbaya dad vermək üçün deyil.

Adi görünən bu yarpaq həm mətbəxdə, həm də evdə kiçik, amma qeyri-adi bir gücə sahibdir.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
bizimyol.info

1Sources