EN

Salaha kimlər qoşulacaqlar?

Bu yay “Liverpul”un heyətində ciddi dəyişikliklər gözlənilir.

"Football-plus.az" xəbər verir ki, Məhəmməd Salah mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

“The Sun” nəşrinin məlumatına görə, misirli hücumçudan başqa daha bir neçə futbolçu komandadan ayrılacaq. Klub rəhbərliyi Co Qomes, Aleksis Makallister, Federiko Kyeza və Kodi Qakponu transferə çıxarmağı planlaşdırır. Körtis Consun gələcəyi isə hələlik qeyri-müəyyəndi. Müdafiəçi Endryu Robertsonun yayda azad agent kimi klubdan ayrılacağı gözlənilir.

“Liverpul” hazırda premyer-liqada 5-ci yeri tutur. Rəhbərlik qeyri-qənaətbəxş nəticələrə görə heyətdə ciddi dəyişikliklər etməyi zəruri sayır.

Chosen
23
1
football-plus.az

2Sources