EN

Gəncədə yeniyetməni maşın vurdu

Gəncədə yeniyetmə oğlanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəktədə olan "Hyundai" markalı avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü A.Məmmədovu vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Tural Əhmədov

Chosen
27
7
unikal.az

10Sources