EN

İran İsrailin müdafiə sistemlərini belə sıradan çıxarıb

İsrailin hava hücumundan müdafiə sistemlərinın İranın yeni nəsil kaset bombası başlıqlarının qarşısını ala bilmidiyi məlum olub. Metbuat.az xəbər verir ki, İranın istifadə etdiyi bu taktika qlobal hərbi tarazlığı dəyişdirəcək davranış kimi şərh edilib. Bildirilir ki, İranın İsrailə qarşı istifadə etdiyi yeni nəsil kaset bombası başlıqları müasir hava müdafiəsi doktrinalarında ciddi təhlükəsizlik zəifliyinin olduğunu ortaya qoyub. Yüksək hündürlükdən atılan və atmosferin kənarında parçalanan bu sursatlar İsrailin "Davudun sapand"ı kimi müasir müdafiə sistemlərini sistematik olaraq sıradan çıxarır. “Times of Israel” qəzetinin məlumatına görə, İranın münaqişə zamanı atdığı 500-dən çox ballistik raketin əhəmiyyətli hissəsinin kaset bombaları daşıdığı təxmin edilir. İlk dəfə ötən ilki İsrail-İran müharibəsi zamanı sınaqdan keçirilmiş bu metod, raketlərin trayektoriyalarının son mərhələsində onlarla kiçik partlayıcı maddənin geniş əraziyə səpələnməsi prinsipinə əsaslanır.

Xüsusilə hədəfə yönəlmiş raketlər çoxsaylı sursatlar dağıtmaqla müdafiə sistemlərinin tək bir hədəfi vurma qabiliyyətini neytrallaşdırır.

Chosen
48
metbuat.az

1Sources