EN

Trampdan razılaşma açıqlaması: 15 maddənin əksəriyyəti üzrə razılıq əldə olunub

Trampdan razılaşma açıqlaması: 15 maddənin əksəriyyəti üzrə razılıq əldə olunub

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda mühüm irəliləyişlərin olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında müzakirə edilən 15 bəndlik təkliflər paketinin böyük hissəsi üzərində artıq ortaq məxrəcə gəlindiyini bildirib.

Tramp açıqlamasında "İran ilə gömrük rüsumları və sanksiyaların yüngülləşdirilməsi məsələləri ətrafında müzakirələr aparırıq və bu proses davam edəcək" deyərək, diplomatik təmasların müsbət məcrada irəlilədiyini vurğulayıb.

Qeyd edək ki, bu razılaşma meyli Yaxın Şərqdə gərginliyin azaldılması və qarşılıqlı iqtisadi məhdudiyyətlərin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Müzakirə olunan maddələr arasında enerji ixracı, dəniz təhlükəsizliyi və regional sabitlik məsələlərinin də yer aldığı bildirilir.

Chosen
58
afn.az

1Sources