EN

Belçikalı nazir Beyrutdakı hücumdan son anda xilas olub

Belçikanın xarici işlər naziri Maksim Prevost İsrailin Livana dağıdıcı hücumu zamanı Belçikanın Beyrutdakı səfirliyində olub.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, raket zərbələri diplomat və onun nümayəndə heyətindən cəmi bir neçə yüz metr aralıda düşüb.

"Biz nümayəndə heyətimizlə səfirlikdə idik, raketlərin zərbə endirdiyi yerdən cəmi bir neçə yüz metr aralıda idik”, - deyə Belçika xarici işlər naziri qeyd edib.

Prevost əlavə edib ki, o, Livan hakimiyyətinə tam dəstəyini ifadə etmək üçün Beyruta gəlib.

Qeyd edək ki, İsrailin Livana hücumu nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb, 800-dən çox insan isə yaralanıb.

QAZİLER.AZ

Chosen
35
qaziler.az

1Sources