EN

Sabiqlər Vinisiusu biabır etdilər

Niderland millisinin keçmiş yarımmüdafiəçisi Rafael van der Vaart “Real Madrid”in hücumçusu Vinisius Junioru simulyasiya etdiyinə görə tənqid edib.

Publika.az xəbər verir ki, Van der Vaart və “Ayaks”ın keçmiş müdafiəçisi Denni Blind “Ziggo Sport”da Madrid klubunun Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qarşı ilk oyununu (1-2) təhlil ediblər. Aparıcı Helene Hendrix braziliyalı oyunçunun davranışı barədə fikirlərini soruşub.

Van der Vaart: Dəhşətlidir.

Blind: Baxın, o, ciddi təhlükə yaratmağa davam edir. Sürətini nəzərə alsaq, 61-ci dəqiqədə Noyerin yanından keçə bilərdi. Amma təbii ki, bizi yenidən qıcıqlandırdı. Hər kiçik qayda pozuntusunun penalti olduğunu düşünür.

Chosen
2
10
publika.az

10Sources