EN

Klub futbolçusuna görə yığmanı FİFA ya şikayət etdi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi

İngiltərənin "Vest Hem" klubu Konqo Demokratik Respublikası millisini FİFA-ya şikayət edib.

QOL.az xəbər verir ki, buna klub müdafiəçisi Aaron Van-Bissakanın vaxtında komanda düşərgəsinə qayıtmaması səbəb olub.

Belə ki, 27 yaşlı Van-Bissaka əvvəlcə millininin qitələrarası pley-off mərhələsinin finalında Meksikaya qalib gəlməsinə və 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmasına kömək edib. O, bu tarixi qələbəni qeyd etmək üçün komanda yoldaşları ilə birlikdə paytaxt Kinşasaya yollanıb.

"Vest Hem" rəhbərliyi bu fonda Van-Bissakanın yığmada ləngiməməsi və Londonda keçiriləcək kubok matçına vaxtında çatması üçün xüsusi uçuş təşkil edib. Ancaq oyunçu vaxtında qayıda bilməyib. Nəticədə "Vest Hem" İngiltərə Kubokunun 1/4 final matçını futbolçusuz keçirməli olub və məsələni FİFA səviyəsində həll etməyə qərar verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
2
qol.az

3Sources