EN

“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxıb.

Apasport.az xəbər verir ki, B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələn Bakı təmsilçisi 72:61 hesablı qələbə qazanıb.

Bu, komandanın Çempionlar Liqası tarixindəki ilk qalibiyyəti olub.

Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda keçirilib.

Qeyd edək ki, "bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

“Şəki” pley-offa vəsiqə qazandı

NTD “Sumqayıt”ı məğlub etdi

“Naxçıvan”dan növbəti qələbə

Şəhriyar Əsgərov: "Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq"

“Sabah” “Astana” ilə qarşılaşacaq

Chosen
14
6
apasport.az

10Sources