“Hərəkətdə gələcək var: məktəbdə fiziki aktivliyin inkişafı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.
Layihə çərçivəsində yeniyetmə şagirdlərin fiziki və psixo-sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq və məktəbdaxili sağlam həyat tərzinin təşviqi məqsədilə stolüstü tennis üzrə mütəmadi təlimlərin təşkili nəzərdə tutulur. Bu məqsədlə şagirdlərin idman bacarıqlarının inkişafına şərait yaratmaq, onları aktiv yaşam tərzinə cəlb etmək və davamlı fəaliyyət üçün zəruri infrastrukturun qurulması layihənin əsas istiqamətlərini təşkil edir.
Təlimlər zamanı iştirakçılar stolüstü tennisin əsas qaydaları, oyun texnikası, komanda mədəniyyəti və sağlam rəqabət prinsipləri ilə tanış olacaqlar. Qeyd olunan fəaliyyətlər məktəbdaxili sağlam mühitin formalaşmasına, şagirdlərin sosiallaşmasına və fiziki hazırlıqlarının gücləndirilməsinə töhfə verəcək.
Xatırladaq ki, “Hərəkətdə gələcək var: məktəbdə fiziki aktivliyin inkişafı” qrant layihəsi Hadıyeva Qərənfil tərəfindən Xırdalan şəhər V. Musibov adına 5 nömrəli tam orta məktəbdə həyata keçirilir. Layihə rəhbərinin təşəbbüsü ilə keçirilən açılış mərasimində direktor müavinləri Əmiraslanova Nəzifə, Qafarova Səkinə, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.






