EN

Türkiyə Rusiya-Ukrayna müharibəsinin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək

Türkiyə Rusiya-Ukrayna müharibəsinin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının İclasından sonra paylaşılan bəyanatda qeyd olunub.

İclasda Rusiya–Ukrayna müharibəsinin gedişi müzakirə olunub və hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən bir vəziyyətə çevrilməsinə heç bir halda yol verilməyəcəyi vurğulanaraq, bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib.

“Mübahisələrin danışıqlar və diplomatiya yolu ilə həllini prinsip kimi qəbul edən ölkəmizin, sabitlik adası kimi, sülhün bərqərar olunmasına yönəlmiş səmimi səylərini müttəfiqləri və dostları ilə əməkdaşlıq şəraitində davam etdirəcəyi vurğulanmışdır” - deyə bəyanatda qeyd olunub.

Chosen
23
1
apa.az

2Sources