EN

"Yuventus" "Liverpul"un qapıçısını transfer edə bilər

"Yuventus" yay transfer pəncərəsi üçün heyətini gücləndirmək üçün variantları araşdırır.

90deqiqe.Az-ın "Calcio Mercato"ya istinadən məlumatına görə, Turin klubu "Liverpul"un qapıçısı Alissonla maraqlanır. Bu futbolçunu komandasında görmək istəyən şəxsin baş məşqçi Luçano Spaletti olduğu bildirilir. O, daha əvvəl futbolçu ilə "Roma" klubunda birlikdə çalışıb.

 "Liverpul" Alissonu 15-20 milyon avro dəyərində qiymətləndirir. "Yuventus" danışıqlar zamanı qiyməti aşağı salmağa çalışa bilər.

İngiltərədə 33 yaşlı Alisson mövsümdə təxminən 8 milyon avro qazanır. "Yuventus" belə bir maaşı ödəyə bilər.

Qeyd etmək lazımdır ki, Alisson 2025/2026 mövsümündə 34 oyun keçirib və 36 qol buraxıb.

Chosen
27
90deqiqe.az

1Sources