EN

“General Motors” ABŞ də 270 mindən çox avtomobili geri çağırır

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Chevrolet”, “Buick”, GMC və “Cadillac” avtomobillərini istehsal edən Amerika avtomobil istehsalçısı “General Motors” (GM), arxa görüntü kamerasının nasazlığı səbəbindən ABŞ-də 271.700 avtomobili geri çağıracaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, geri çağırılma “Chevrolet Malibu” sedanlarına aiddir. Bildirilib ki, nasazlıq arxa görüntü kamerasından gələn görüntünün monitorda göstərilməməsi və ya təhrif olunmuş şəkildə ötürülməsi ilə bağlıdır. GM dilerləri diaqnostika aparacaq və kameraları dəyişdirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
yeniavaz.com

1Sources