EN

AVRO-2032 Türkiyədə keçirilə bilər

style='margin-bottom:10px;'>

UEFA 2032-ci il Avropa çempionatının təşkilatçılığını İtaliyadan təhvil alaraq Türkiyəyə həvalə etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, İspaniyanın AS nəşrinin məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin İtaliyadakı stadion infrastrukturu və təşkilati hazırlıqlar barədə sərt xəbərdarlıq edib: 

"Vəziyyət dəyişməsə, turnir İtaliyada keçirilə bilməyəcək".

Qeyd olunur ki, İtaliyadakı infrastruktur problemləri və stadionların yetərsizliyi AVRO-2032-nin uğurlu təşkili baxımdan risk yaradır. Bu fonda Türkiyə turniri yüksək səviyyədə, təkbaşına həyata keçirmək üçün kifayət qədər hazırlıqlı hesab olunur.

Chosen
16
1
teleqraf.com

2Sources