EN

100 il sonra baş verən fəlakət – Fotolarda

Martın sonundan başlayan leysan yağışları Dağıstanda geniş daşqınlara səbəb olub. Bu, 1919-cu ilin martından bəri son 100 ildə ən güclü yağışlar (24 saat ərzində 50 millimetrə qədər) olub.

NOCOMMENT.az xəbər verir ki, son məlumatlara görə, 2000-dən çox ev, yollar və elektrik yarımstansiyaları su altında qalıb, təxminən iyirmi rayonda elektrik enerjisi kəsilib. Daşqın qurbanlarının sayı 15500-ə çatıb. 

Həmçinin genişmiqyaslı daşqınlar fonunda Dağıstanda regional fövqəladə vəziyyət elan edilib./qafqazinfo/

 




















Chosen
6
2
nocomment.az

3Sources