EN

“Qərbi Azərbaycanın tarixi siyasi mədəni irsi” mövzusunda dəyirmi masa keçirilib FOTO

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

8 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Paşalı rayon İcmasının təşəbbüsü və BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov məruzə ilə çıxış edərək mövzunun aktuallığını elmi arqumentlər əsasında əsaslandırmış, onun tarixi-siyasi mahiyyətini və milli maraqlar baxımından əhəmiyyətini geniş şəkildə təhlil etmişdir.

Dəyirmi masa BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru Xalid Niyazovun moderatorluğu ilə davam etmişdir. Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının Paşalı rayon İcmasının sədri, QAİ- İdarə Heyətinin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev tarixi həqiqətləri elmi faktlar və arxiv materialları əsasında auditoriyaya təqdim etmişdir. Araşdırmaçı alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhməd, Keşkənd rayon İcmasının sədr müavini Məhəmməd Rəsuloğlu, istisu icmasının sədri filoloq alim Alı Alıyev tədbirin gedişatında Qərbi Azərbaycan torpaqlarının tarixən azərbaycanlıların məskunlaşdığı ərazilər olduğunu təsdiqləyən tarixi faktlar, mədəni irs nümunələri, toponimlər və digər hüquqi sənədlər barədə gənc tələbələrə ətraflı məlumat vermişdilər.

BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının baş müəllimi, Paşalı rayon Qadınlar Şurasının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Mehdiyeva, eləcə də həmin kafedranın baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Gülgün Quliyeva da çıxış edərək mövzunun elmi və ictimai əhəmiyyətini vurğulamış, xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsinin milli maraqların qorunması baxımından mühüm rol oynadığını qeyd etmişlər.

Tədbirin yekununda tələbələrin marağına səbəb olan bu mövzu ətrafında geniş müzakirələr aparılmış, çoxsaylı suallar cavablandırılmış,iştirakçılar tərəfindən irəli sürülən fikir və təkliflər elmi-praktik müstəvidə dəyərləndirilmişdir. Bu səpkili elmi və akademik araşdırmaların BDU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində silsilə xarakterli olaraq davam etdirilməsi qərara alınmışdır.

Sonda tələbə-müəllim heyəti və qonaqlarlarla birgə xatirə şəkli çəkilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources