EN

Türkiyədə qəza olub, ölənlər və yaralananlar var

İstanbul, 8 aprel, AZƏRTAC

Türkiyədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 17:00 radələrində Antalya-İsparta magistralında qoşqulu yük maşını ilə sərnişin mikroavtobusu toqquşub.

İlkin məlumata görə, hadisə zamanı 7 nəfər həlak olub, daha 7-si yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Chosen
18
1
azertag.az

2Sources