EN

Millinin baş məşqçisi istefa verdi

style='margin-bottom:10px;'>

Liviya millisinin baş məşqçisi Aliu Sisse yığma ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, seneqallı mütəxəssis bu qərarını sosial media hesabında açıqlayıb. O, mart ayında komanda ilə son təlim-məşq toplanışını keçdiyini bildirib. Sisse bu dövrü həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə kimi qiymətləndirib.

Məşqçilər heyətinə və futbolçulara təşəkkür edən mütəxəssis görülən işlərdən qürur duyduğunu vurğulayıb və komandanın gələcəyinə inandığını qeyd edib. O, həmçinin azarkeşlərə dəstəyə görə minnətdarlığını ifadə edib.

Chosen
19
1
teleqraf.com

2Sources